Restoran və Barlar

Zəngin açıq bufetdən seçəcəyiniz səhər yeməyi ilə Şabranda bütün gün ərzində enerji ilə dolu olun, üstəlik baş aşpazlarımız tərəfindən məharətlə və zövqlə hazırlanmış ləziz yeməklərin əhatəsində kulinariya səyahətinə yola düşün. Dəbdəbəli restoranımız bütün ailəniz üçün gün ərzində bir-birindən dadlı yeməklər təklif edir. 
 
İş saatları:
 
Səhər yeməyi: 08:00 – 11:00
Nahar və Şam yeməyi: 12:00 - 00:00 
Mənzərəli dağlarla və meşələrlə əhatə olunmuş Ocaq Meat & Grill-də çalışan aşpazlarımız kulinariya nümunələrinə yeni ləzzətlər qatırlar. Təzə ətdən və qril yeməklərindən canlı mühitdə zövq alın. Açıq terrasımız isti yay aylarında qonaqlarımızı təmiz havada füsunkar Şabranın təbiətindən zövq almağa dəvət edir. 
 
İş saatları: 16:00 – 00:00.
Misra Terrace-da ləziz təamlarından dadıb çay süfrəsi arxasında səmimi söhbətlər edərək heyrətamiz mənzərə və təmiz havadan zövq alın.

İş saatları: 24/7
Hotelimizin 2-ci mərtəbəsində yerləşən restoranımız qonaqlara dağlara və meşəyə açılan möhtəşəm mənzərədən həzz alaraq milli mətbəxin nəfis yeməklərindən dadmağı təklif edir. İsti yay aylarında açıq terrasımız qonaqları təmiz havadan zövq almağa dəvət edir. 

 
İş saatları: 12:00 – 00:00 
Masanıza əyləşin və sakit gündən sonra və ya şam yeməyindən əvvəl sevimli içkiniz və siqarınızdan zövq alaraq rahatlanın. Badə Lounge Bar-ımız inanılmaz dərəcədə dəbdəbəli ab-havada Sizə öz kokteyl və digər içkilərinin geniş çeşidini təklif edir.  
 
İş saatları: 16:00 - 00:00
Misra Lobby Lounge-da bütün gün ərzində fərdi hazırlanmış kokteyllərdən və dadlı yeməklərdən həzz alın. Qeyri-rəsmi görüşünüz varsa, sadəcə bir fincan qəhvə ilə rahatlığa qouvşun və ya yorucu səfərdən sonra təravətli içkilərimizdən dadaraq dincəlin.
 
İş saatları: 24/7 
Ayurveda terapiyası qəbul etməyinizdən asılı olmayaraq yoqa məşğələlərinin enerji ilə zənginləşdirilməsi və ya sadəcə hovuzun yanında dincəlmək, gününüzü daha maraqlı  üçün "Aura Cafe" Sizə müxtəlif qidalandırıcı yeməklər, isti və soyuq qəlyanaltılar, detoksedici içkilər və təravətli bitki çaylarının heyrətamiz dadını təklif edir.  
 
İş saatları: 08:00 – 22:00